2013 ildən işimizdə start vediyimiz yazı inşa və rəsm müsabiqəsi hələ də davam etməkdədir.Ötən bu beş il ərzində yüzlərlə şagird
bu müsabiqədə iştirak etmiş və içərisindən ən fəalları seçılərək mükafatlandırlmışdır.Müsabiqədə yazı inşa ilə yanaşı rəsm msabiqəsi də keçirildi. Rəsm müsabiqəsində aşağıdakı mövzulardan istifadə olunmuşdur.
1.Tarixi abidələrimiz uşaqların yaradıcılığında
2.Şabran abidələri məktəblilərin gözü ilə
3.Azərbayanın müdafiə qalaları.
4.Qədim Şabrana qiyabi səyahət
5.Kurqanarımız
6.Azərbaycanın qədim misgərlik nümunələri.
Hər il seçilən bu mövzular əsasında uşaqlar olduqca rəngarəng şəkillər təqdim edirlər.Çəkilən bütün rəsmlər maraqlı olsa da amma yenə də içindən ən layiqliləri seçilərək I, II ,III yerlə mükafatlandırılırlar.
Qeyd etdiyim kimi beş ildir keçirilən bu müsabiqədə saysız hesabsız rəsmlər çəkilmişdir.Və biz qoruq əməkdaşları belə qərara gəldik ki,müsabiqə qaliblərinin rəsmlərindən ibarət fotostend hazırlayıb divardan asaq. Bu da bizə ofis otağında kecirdiyimiz tədbirlər zamanı əyani vəsait kimi istifadə etməyimizə kömək edəcəkdir.Bundan başqa, mütəmadi keçirdiyimiz “Açıq qapı” günlərində məktəblilər öz əl işlərindən ibarət fotostendi görəcəklər.
