20 yanvar faciəsi ilə bağlı təşkil edilmiş “Açıq dərs”Yanvar 18, 2018

Respublikamızın hər yerində olduğu kimi rayonumuzun idarə və müəssisələrində.ümumtıhsil müəssisələrində bu qanlı tarixi günlə əlaqədar olaraq tədbirlər keçirilir, erməni vandalizmini, vəhşiliyini əks etdirən səhnələr nümayiş etdirilir,o günlərin canlı şahidlərinin söhbətləri dinlənilir. Belə tədbirlərdən biri də rayonun 5 saylı tam orta məktəbin 8-ci sinfində təşkil olunmuşdu. Məktəbin tarix müəllimi Kamran Qasımov “20 Yanvar “ faciəsinə həsr olunmuş Açıq dərs keçirdi. Açıq dərsdə müəllim şagirdlərə izah etdi ki, “20 Yanvar “ faciəsindən 28 il keçir.Lakin, həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi , milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi .1990- cı ilin 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı , öz suverenliyi uğrunda cəsarət nümayiş etirdiyi şərəfli bir tarixdir…

Xalq yaşadıqca bu tarix unudulmayacaq,yaşayacaqdır

Açıq dərsdə əməkdaşımız Vüsalə Bəbirova da iştirak etdirdi.

Dərsin gedişatında Kamran müəllimin söylədiyi faktlar ,göstərdiyi şəkillər sanki bizi bir anlıq o günlərə qaytardı.O ,ağrılı , acılı günlərimiz sanki bir kino lenti kimi gözümüzün önündə canlandı.

Kamran müəllim həmçinin onu da bildirdi ki, bütün bu tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların yaddaşını təzələmək,gücləndirmək və tariximizi dərindən mənimsəmələrinə xidmət etməkdir.

Və sonda əməkdaşımız çıxışında bu qanlı tarixdən,həmin gün faciəli surətdə həlak olan məktəbi LarisadanŞ İlqardan ürək ağrısı ilə bəhs etdi və bildirdi kiŞbunları unutmaq olmaz, bu bizim qan yaddaşımızdır.Aşıq dərs hüzünlü notlarla başa çatrı.

 





Spread the love