Şagirdlərin Şabran Qoruğuna ekskursiyası.Yanvar 19, 2018

Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov,rayonun 2, 3, 5 saylı məktəblərinin şagirdləri və Çıraqqala Tarixi Qoruğunun əməkdaşları turda iştrak edirdilər.Turun keçirilməsində məqsəd şagirdləri Qədim Şabranın tarixi abidələri ilə tanış etmək və onlar haqqında geniş məlumat vermək idi. Turumuz Qədim Şabran şəhərciyindən başladı. Məktəblilər Qədim Şabran şəhərinin qalıqları ilə yaxından tanış oldular. Çıraqqala tarixi Qoruğunun ekskursiyaçısı Ağaverdiyev Pərviz şagirdlər tərəfindən verilən sualları dolğun şəkildə cavablandırdı. Şagirdlər Qədim Şabran şəhərciyinin tarixi haqqında geniş məlumat əldə etdilər. Öyrəndilər ki, ta qədimdən Böyük İpək yolunun üzərində yerləşən bu şəhər iqtisadi, ticari və mədəniyyət mərkəzi kimi daim diqqət mərkəzində olmuşdur. Şirvanşahlar dövlətinin paytaxtı olan bu şəhər tez-tez yadellilerin hücumuna məruz qalmış və XVIII əsrin ortalarında tarix səhnəsindən silinmişdir.

Ümummilli liderimizin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Qədim Şabran şəhəri 2003-cü il 27 sentyabr da qoruq elan olunmuşdur. Verilən bütün məlumatlardan əlavə uşaqlara daha çox öyrənmələri üçün Şıraqqala qoruğunun, Şabran şəhərciyinin VEB saytlarından istifadə etmələrini məsləhət gördük. Bu günki görüşümüzü əbədiləşdirməkdən ötrü tədbirin təşkilatçıları və uşaqlarla birlikdə xatirə şəkli çəkdirdik.

 








Spread the love