1918-ci ilin 31 mart-3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrin də, eləcə də Şamaxı,Quba, Xaçmaz , Lənkəran Hacıqabul,Səlyan , Zəngəzur,Qarabağ və digər ərazilərdə Bakı Soveti Daşnaqsütün olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı kütləvi qırğın törətmişlər. Ümumilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların soyqırım günü kimi qeyd olunmağa başladı. Həmin qırğının törədildiyi yerlərdən biri də Quba qəzası olmuşdur.Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qisməndə yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq əşkar edilib.30 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım memorial Kompleksi” nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü ilin sentyabrın 18-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Həmin gün ilə əlaqədar olaraq 30 mart 2016-cı il tarixdə Şabran rayon Çıraqqala Tarixi Qoruğunun Elmi İşçisi İlkin Hətəmov və ekskursiyaçısı Murad Zəkiyev Memorial abidədə olmuşlar.
