“Çıraqqala” Tarixi Qoruğu işçilərinin Şabran rayon Tarix Diyarşünaslıq muzeyi ilə birgə əməkdaşlığı.Yanvar 19, 2018

08.01.2018- ci il tarixdə Çıraqqala Tarixi Qoruğunun əməkdaşları Şabran Rayon Tarix Diyarşünaslıq Muzeyində olmuşlar.Məqsəd hər iki qurum arasında əməkdaşlığı möhkəmləndirmək, Şabranın tarixi barədə bilikləri gənc nəslə çatdırmaq, tarixi abidələri qorumaq, onları rayonumuzun, respublikamızın sərhədlərindən uzaqlarda tanıtmaqdır.

Birgə aparılan söhbət zamanı hər iki təşkilatın əməkdaşları gördükləri işlər barədə bir-birinə məlumat verməklə yanaşı, 2018- ci ildə qarşıya qoyduqları məqsədlərdən, yaradıcılıq planlarından danışdılar. Görüşün ən maraqlı səhifəsi qarşılıqlı yaradılan layihənin “Ailə günü “ layihəsinin planının cızılması oldu. İl boyu davam edəcək layihədə məqsəd mədəniyyət və incəsənətin inkişafı,tariximizin yaşadaraq gələcək nəsillərə ötürülməsi barədə insanları məlumatlandırmaqdır.

 





Spread the love