“Çıraqqala” Tarixi Qoruğu ekskursiyaçısı M.Zəkiyevin məktəblilərlə birlikdə Şəhidlər xiyabanını ziyarəti.Yanvar 19, 2018

Azərbaycanın tarixinə qanlı səhifələrdən biri kimi yazılmış “20 Yanvar faciəsi”ni, öz etiraz səslərini ucaldaraq meydanlara çıxan əli silahsız xalqa qarşı törədilən o qanlı faciədə həlak olan şəhidlərin xatirəsini yad etmək məqsədi ilə Şabran rayon 5 nömrəli tam orta məktəbin sinif şagirdləri Şəhidlər Xiyabanında oldular.

Çıraqqala Tarixi Qoruğunun əməkdaşı M.Zəkiyev məktəblilər qarşısında çıxış edərək məsələyə münasibətini bildirdi.

Şəhidlərimizin məzarı üzərinə gül dəstələri qoyduqdan sonra şagirdlər bu qanlı faciəyə həsr olunmuş şerlər söylədilər.

 





Spread the love