25.01.2018-ci il tarixdə “Çıraqqala” Tarixi Qoruğunun baş fond mühafizi Ə.Fərzəliyeva rayon ziyalısı ,qocaman jurnalist Mürsəl Balayevin mətbuatda fəaliyyətinin 60 illiyinə həsr olunmuş təqdimat mərasimində iştirak etmişdir. Rayon rəhbərliyi səviyyəsində keçirilən tədbirdə qocaman jurnalistin fəalliyyəti dəyərləndirilmişdir.Tədbirdə çıxış edən qoruğun baş fond mühafizi bu peşəkar jurnalistin rayonun tarixinin təbliğindəki rolundan, Şabranın tarixi əks etdirən məqalə və publisistik yazılarının əhəmiyyətini qonaqların nəzərinə çatdırmışdır.



