XOCALI QƏTLİAMI İLƏ BAĞLI TƏDBİR.Mart 13, 2018

 

 

 

Əsrlərdən bəri erməni qəsbkarları hər zaman Azərbaycan xalqı ilə torpaq iddiasında olmuşdur.Bu iddianın nəticəsi olaraq xalqımız tez -tez yağı düşmənlərimiz tərəfindən təcavüzə məruz qalmışdır. Bu təcavüzlərdən ən dəhşətlisi isə 1992 – ci il fevralın 25 -dən 26 -na keçən gecə baş verən Xocalı faciəsidir.

Həmin gecə Xocalıda insanlığa sığmayan qətlyam baş verdi. Kənd yerlə yeksan oldu.Körpəyə,qocaya, cavana baxmadan insanları vəhşicəsinə öldürdülər.

Üç minə yaxın insanın öldürüldüyü və itkin düşdüyü bu qətliam o vaxtki hakimyətdə olan rəhbərliyin qorxaqlığı və qətiyətsizliyi nəticəsində öz siyasi –hüquqi qiymətini almamışdır. Lakin Ulu öndər Ümummili Liderimiz H.Əliyevin hakimiyyətə gəlişi ilə Xocalı faciəsi soyqırım kimi dünyaya bəyan edildi. 26 Fevral o vaxtdan xalqın tarixinə qara hərflərlə yazıldı.

Bu sözlər Çıraqqala Tarixi Qoruğu əməkdaşlarının 22 fevral tarixində Şabran rayonu H.Əliyev Mərkəzində keçirdikləri “Xocalı -Qan yaddaşımız” adlı tədbirdə söylənilmişdi. Tədbirə rayon ictimayətinin nümayəndələri, müəllimlər və məktəblilər dəvət olunmuşdurlar.

Tədbiri giriş sözü ilə açan qoruq əməkdaşı V.Bəbirova gələn qonaqlara tədbirin məqsədini açıqladıqdan sonra “Xocalı faciəsindən “ geniş məlumat verdi.Daha sonra rayon məktəblilərinin hazırladıqları

Xocalıya həsr olunmuş kompaziya nümayiş etdirildi.

Tədbirdə Şabran rayon İdman Gənclər İdarəsinin əməkdaşı M.Hüseynov və rayon 5 saylı tam orta məktəbin tarix müəllimi Təranə Xudayarova tədbirdə çıxış edərək bildirdilər ki, bu qanlı yaddaşı unutmamaq ,onu gələcək nəsillərə çatdlrmaq hər bir azərbaycanlının müqəddəs borcudur .

Sonda Çıraqqala Tarixi qoruğunun əməkdaşları Aysel Meylaverdiyeva, Pərviz Ağaverdiyev, Murad Zəkiyev

bu soyqrımın xalqımızın yaddaşında qoyduğu qanlı hadisəni hazırladıqları slayd və video-carx vasitəsi ilə tədbir iştirakçılarına çatdırdılar.

 

 

 





Spread the love