ANA DİLİ GÜNÜ İLƏ BAĞLI TƏDBİR.Mart 13, 2018

21.02.2018 –ci il tarixdə Çiraqqala Tarixi Qoruğunun əməkdaşları “Beynəlxalq Ana dili “günü ilə əlaqədar olaraq rayonun Sincanboyad kənd ümumi orta məktəbinin müəllim və şagirdləri ilə birlikdə ”Ana dilimiz müqəddəsdir” adlı diskusiya keçirdilər. Tədbirdə çıxış edən qoruğun elmi işçisi Vüsalə Bəbirova onlara bu günün mahiyyətindən danışmaqla ,yanaşı onun dövlətçiliyimizin inkişafındakı rolundan, müqəddəsliyindən də danışdı . Söhbət əsanasında uşaqlara çatdırıldı ki, dil hər bir millətin maddi və mənəvi sərvətidir,onun irsini qoruyan və inkişaf etdirən ən əhəmiyyətli və ən güclü təbliğat vasitəsidir. Ana dili insanın mənəvi aləminin zənginləməsində ,dünyagörüşünun genişlənməsində , mühüm rol oynayır. Elə buna görə də hər il fevral ayının 21 -i “Beynəlxalq Ana dili günü” kimi qeyd olunur.Bu günün qeyd olunmasında əsas məqsəd dilin qorunması, sevilməsidir. Deyimlərdən birində söylənilir ki, bir xalqı məhv etmək istəsən birinci onun dilini və təhsilini məhv et.Bax bu baxımdan dilimizi qorumalı ,onu sevməli, və yüksək təhsilimizlə nümunə olmalıyıq.

Diskusiyada məktəb müəllimlərinin də fikirləri dinlənildi və daha sonra şagirdləri maraqlandıran suallar əməkdaşlarımız tərəfindən cavablandırıldı.

Diskusiyamız olduqca maraqlı və yadda qalan oldu.Və bu məqsədlə məktəbin direktoru M.Nəbiyeva belə diskusiyaların tez-tez keçirilməsinin tərəfdarı olduğunu bildirdi.

 





Spread the love