8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirMart 8, 2018

06.03.2017-ci il tarixində Şabran şəhər 3 saylı tam orta məktəbin kollektivi ilə birlikdə həmin məktəbin zalında 8 mart “Beynəlxalq qadınlar günü” və od çərşənbəsi münasibəti ilə bağlı müsiqili tədbir təşkil etdim. Tədbirdə rayon İcra Hakimiyyətindən və Şabran şəhər 2 saylı uşaq baxçasından qonaqlar iştirak etdilər. Tədbirimiz musiqi sədaları ilə başladı. Gələn qonaqlar və tədbir iştirakçılarının bayramı təbrik edildi. Məktəb kollektivi tərəfindən müxtəlif bayram süfrələri bəzədilmişdi. Həmin süfrələr arasında ən gözəl süfrə seçilməli idi. Münsiflər heyəti tərəfindən Repetitırlar adlı süfrə qalib gəldi və mükafatlandırıldı. Tədbirimizdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Minəxanım xanım çıxış edərək bütün qadınları təbrik etdi və qadının azadlığından, gücündən, nələrə qadir olduğundan danışdı. Tədbirimiz müsiqi sədaları, rəqslər altında davam etdi.





Spread the love