1939-1945-ci illər İkinci Dünya müharibəsində Alman faşizmi üzərində qələbənin 73-cü il dönümünə həsr olunmuş tədbir keçirildiSentyabr 10, 2018

1939-1945-ci illər İkinci Dünya müharibəsində Alman faşizmi üzərində qələbənin 73-cü il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları,Veteranlar şürasının sədri,ŞRPŞN-nın nümayəndəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin əməkdaşı mayor Eldar Öməröv, ,”Çıraqqla” Tarixi Qoruğunun ekskursiyaçıları və Şabran rayonu üzrə hal-hazırda yaşayan Böyük Vətən müharibəsi veteranı Əhmədov Məmməd Seyfət oğlu, Ehtiyatda Olan Kapitan, Yaralanmış Zabit Bağdad Bəhramov, II Dünya Müharibəsində iştirak edən partizan Kərim Paşayevin qızı Nuriyyə Paşayeva, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazar Zakir Bayramlı, II Dünya Müharibəsinin iştirakçısı, həmyerlimiz M. Nəzirovun nəvəsi Məlahət Nəzirova və digər qonaqlarda iştirak edirdi.Qoruğumuzun ekskursiyaçısı A.Meylaverdiyeva çıxış edərək Almanlara qarşı döyüşdə Azaərbaycan oğullarının necə qəhrəmancasına döyüşdüyünü,arxa cəbhədə qadınlarımızın da necə əzimkarlıqla mübarizə apardığını bildirdi.

 

 

 

 







Spread the love