Ümumilli liderimiz, Ulu Öndərimiz H.Əliyevin 95 -ci ildönümü ilə əlaqədar Çıraqqala tarixi abidəsinə ümumrayon yürüşü təşkil edildi. Yürüşdə rayon İcra Hakimiyyəti rəhbəri başda olmaqla rayonumuzun gəncləri, cavanları və eləcədə rayon fəalları iştirak etdilər.
Qala döşündə kiçik musiqili tədbir təşkil edildi. Rayon İcra başçısı cənab Novruz Novruzov çıxış edərək Ümumilli liderimizin bizim rayonun inkişafı , rifahı üçün verdiyi Sərəncamlardan və onun siyasəti sayəsində ölkəmizin necə inkişaf etdiyindən danışdı.
Dahi liderimiz Heydər Əliyev Azərbaycanın bütün sahələri üzrə inkişaf etdirərək sivil dünyanın ayrılmaz parçasına çevirdi. İnsanlara təhlükəsiz həyat bəxş etdi. Dahi liderin həyatı bir ömür qəhrəmanlıq dastanı, müstəqillik himni, insanlığa xidmət nümunəsidir. Ulu öndərin xatirəsini daim hörmətlə anan, onun layiqli davamçısı cənab prezidentimizin yürütdüyü daxili və xarixi siyasətini daim dəstəkləıyən şabranlılar hər il ənənəyə sadiq olaraq Gilgilçay səddi boyunca “ Çıraqqala” ya yürüş etdilər. Həmin gün rayondə əsil bayram əhval ruhiyyəsi yaranırgənclər, məktəblilər , idarə və müəssisə rəhbərləri əllərində şüarlar, bayraqlar, dahi öndərin pertireti ilə sədd boyunca intizamla irəliyə qalaya doğru gedirlər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun şəxsi təşəbbüsü ilə keçirilən bu yürüş artıq ənənə halını almışdır. Hamı may ayının 10-nu səbirsizliklə gözləyir. Nəzər, diqqət hava proqnozunda olur. Havaların necə keçməsindən asılı olmayaraq həmin gün hamı qalaya axışır. Tariximizin, vətənimizin keçmişinin salnaməsi yeni milli tarixi konsepsiyası Heydər Əliyev təfəkkürünün bizə və nəsillərimizə müqəddəs ərmağanlarından biridir. Ümumilli liderimiz ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan tarixinin öyənilməsinə və təbliğ edilməsinə xüsusi əhəmiyyət verir.Müassir Azərbaycan tarixinin yaradıcısı müstəqil dövlətimizin banisi Heydər Əliyevin xatirəsi bizi heç vaxt tərk etməyəcək, müqəddəs bir sevgi Heydər Əliyev sevgisi ilə daim yad ediləcək. Bu tarixi yürüşün əhəmiyyəti məhz bundadır. Bizim üçün örnək olan bir insanın bizə ərməğan qoyduğu vətənpərvərlik doğma yurda sevgi hisslərinin gücləndirməkdir. Bilirik ki, bəşər övladı hər zaman öz keçmişini layiqincə qiymətləndirməklə onu öz maddi və mənəvi yaddaşında əbədi hifz etməyə çalışır.. Təkcə xalqın deyil ayrı-ayrı şəxslərin ömür tarixi zaman-zaman nəsillərə örnək olub. Bu mənada tarixin qaranlıq səhifələrinə çıraq tutan , qiymətli sənədlərin toplanması, biz qoruq əməkdaşlarının borcudur. Bir ekskursiyaçı kimi məndə çalışıram ki, gələcəyimiz olan məktəblilər, yeniyetmələr də öz keçmişini və tariximiz bir parçası olan Çıraqqala haqqında daha mükəmməl məlumatlara yiyələnsinlər.




