Qoruğun vəzifələri

 3.Qoruğun vəzifələri

 

3.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planları hazırlayır, Dövlət Xidməti ilə razılaşdırır və həyata keçirir;

3.1.2. Qoruğun sərhədləri daxilində abidələrin və tikililərin bərpasına və təmirinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq işlər görür;

3.1.3. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin və tikililərin inventarlaşdırılmasını aparır, səlahiyyətləri daxilində texniki pasportlaşmanı həyata keçirir, ərazidə abidələr aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların siyahıya və dövlət qeydiyyatına alınması üçün təkliflər verir;

3.1.4. Qoruğun sərhədləri daxilində abidələr üçün hər hansı təhlükə yarada biləcək təmir işlərinin aparılmasına qadağa qoyur, bununla əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirir və tətbiq edir;

3.1.5. Qoruğun ərazisində turizmi inkişaf etdirir, turist marşrutlarını müəyyən edir və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

3.1.6. biblioqrafik tədqiqatların, tarixi araşdırmaların həyata keçirilməsini, habelə təbiəti mühafizə tədbirlərini təşkil edir, abidələrin aşkar edilməsi, öyrənilməsi və təbiətin qorunması üçün mütəxəssislər cəlb edir;

3.1.7. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin təşkili, sənədli və qısametrajlı filmlərin, reklam roliklərinin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;

3.1.8. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələrinin Qoruğun fonduna təhvil verilməsini təşkil və təmin edir;

3.1.9. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün müvafiq tədbirlər görür;

3.1.10. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını, müəyyən olunmuş xüsusi rejimin saxlanılmasını təmin edir, qorunan obyektlərin daim mühafizəsini təşkil edir, tarix və mədəniyyət abidələrinin funksional təyinatının, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər görür;

3.1.11. Qoruğun ərazisi ilə bağlı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə müvafiq dövlət orqanlarına məlumat verir;

3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Spread the love