Qədim Şəhərgah

   Qədim Albaniya dövlətinin ən mühüm müdafiə istehkamrından biri olan Şəhərgahın (Bəzi mənblərdə müəlliflər onun adını Şəhərgə və Şərgə kimi də qeyd etmişlər) yeri təsadüfən seçilməmişdir.Tarixi qaynaqlarda bu barədə iki ehtimal göstərilib.Birinci  ehtimala görə Sasani dövləti şimal sərhədləri möhkəmləndirmək üçün Dərbənd şəhərində özünə iqamətah tikdirmişdi.Bu iqamətgahla Şamaxı şəhərindəki iqamətgah arasında məsafəni qısaltmaq və daha yaxın əlaqə yaratmaq məqsədilə şahın atlı dəstələri gediş-gəliş üçün bu dağlıq ərazidən istifadə edərək, buradan keçib gedirdilər.Bir dəfə dağlıq ərazidən gəzib bəyənir, sonra isə bu barədə şahın adamlarına xəbər veriblər.  İkinci ehtimala görə 261-cı ildə Sasani şahı I Şapurun  (241-272)   sərəncamı ilə burada iqamətgah tikilməyə başlayıb.

   Şəhərgahın ən böyük strateji əhəmiyyətli yeri onun düzənlik hissədə yerləşməsi idi. Şəhərgahadlı bu möhtəşəm qlaşəhər monqalların vəhşi istilası nəticəsində tamamilə məhv edildi.

Spread the love