

Şəhərgah adlanan yer də yaşayış məntəqəsi kimi bu qalanın yaxınlığında yerləşib. Başqa ehtimal budur ki, Şəhərgah Çıraqqalanın yaxınlığında olub. Hər iki abidənin yaxınlığında yaşayış yerlərindən qalan xarabalıqları, məzarlıqları mövcuddur. Sonralar yaşayış yerləri itib, qalıb torpaq altında. Amma Çıraqqlanın yaxınlığındakı yaşayış əlamətləri yox olsa da, “Qala” adlanan abidənin yəni Çaraqqalanın təxminən 250-300 metrliyində yerləşən məzarlıq indi də qalır, tam yox olmayıb, qorunmasa, o da çox kkeçmədən qalacaq torpaq altında. Məzarlıq olduqca böyük bir ərazini əhatə edir. Qəbirləri əlamətlərinə görə, belə qruplaşdırmaq plar: 1. Kütləvi məzarlıqlar. Aydın görünür ki, belə qəbirlər müharibələr nəticəsində yaranıb. 2. Tam səliqəli, ayrılıqda basdırılmış insanların uyuduğu qəbirlər. Bu qəbirlərin bəzilərinin üstündə yazılı sanduqələr var. Ərəb əlifbasını bilən adamlar bu yazıların ərəb qrafikası ilə yazılmadığını qeyd edirlər. Yazılı mənbələrə görə, məşhur tarixçi Məşədixanım bu məzarlıqda olub.