Gil-gilçay müdafiə istehkamı

Gil-gilçay səddi tikinti mürəkkəbliyinə və üslubuna görə digərlərindən fərqlənir. Məyyənləşdirilmişdir ki, sədd Xəzər dənizinin Qərb sahilindən başlayaraq Siyəzən və Şabran rayonlarındakı, Kolanı, Gil-gilçay , Yenikənd, Eynibulaq, Çalğan, Qalaaltı, Çaraq, Hacıisgəndər, Təkiyə, Ugah, Çinarlar, Nohurlar və sairə kəndlərin ərazisindən keçərək Baba dağınadək davam edir. Sədd Böyük Qafqaz dağlarındakı keçid yerləri əhatə etməklə Quba, Zaqatala ərazisindən keçərək Qara dənizin şərq sahillərinədək davam edir. Xüsusən Zaqatala uzun divarları rayonun şərqindən başlayaraq Katexdən keçib Gürcüstan sərhəddinə, Dəryal dərəsinə, oradan isə Qara dənizədək davam edir. Məlumdur ki, Sasani imperiyası Qafqaz Albaniyasını işğal etdikcə, özünün şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün , habelə Şimal xalqlarının hücümlarından qorunmaq üçün sitemli formada 5 nüdafiə səddi inşa etdirmişdir. Gil-gilçay səddi öz möhtəşəmliyi ilə uzunluğuna görə digərlərindən fərqlənir. Müqayisə üçün qeyd edək ki, Çin səddinin hündürlüyü 10 metr, divarlarının qalınlığı 6.5 metr olduğu halda, Gil-gilçay səddinin bəzi yerlərinin hündürlüyü 15 metr, divarlarının eni isə 7 metrdən artıqdır.

Sədd tikilərkən onun plan quruluşu yerin relyefinə uyğunlaşdırılmış, müdafiə məqsədləri üçün təmii maneələrdən maksimum istifadə edilmişdir. SAəddin tikilməsində təbii-coğrafi amili, Zaqatalanın uzun müdafiə didarlarını Qafqaz sıra dağlanının keçilməz sıldırımlarını nəzərə aldıqda şübhəsiz Xəzər dənizindən başlanan sədd Dəryal dərəsi daxil olmaqla uzun bir məsafəni əhatə edir. Səddin əhatə etdiyi ərazinin 4 yerində iri qala , qəsr , müdafiə məntəqəsi, habelə 5 yerdə qədim yaşayış yeri qeydə alınmışdır. Müəyyən edilmişdir ki, düzənlik hissədə bürclər arası minimal məsafə 29.5 metr , maksimum məsafə 61 metr vahid qanunauyğunluğa əsaslanaraq orta ölçü isə 40 metrdi. Bütövlükdə götürdükdə dənizdən başlayan səddin 152 bürcü və bürclər arası məsafə dəniz səviyyəsindən hündürlüyü, habelə səddin üzrəsində yerləşən hərbi düşərgə dəqiqliklə ölçülərək tədqiq edilmişdir. Bütövlükdə sədd düzənlik, yarımdağlıq və dağlıq hissələrdə salınmışdıfr. Taxtakörpü-Ceyranbatan kanalı yarımdağlıq hissənin başlanğıcından keçir. Qeyd olunmalıdır ki, səddin cənub hissədində divarın hündürlüyü 2-3 metr olduğu halda şimal hissəsi 5-6 metrə çatır.

Spread the love