Pir Xəlil türbəsi

 Gilgilçay  qəsəbəsində təpəlikdə yerləşən  bu türbə XVII əsr Azərbaycan memarlığının maraqlı münunələrindəndir.Bu türbədə dənf edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı  məlumat azdır.Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur  sufi dərvişlərindən  olub. Yerli cammat  müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir və bu pirin divarlarına əski parçaları bağlayıblar. Tarixçi alim  Məşədixanım Nemət 1992-ci ildə  Azərnəşirdə çap olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “ Nadi Əliyyən” duası Qızılburun yarımadasının VII kilometrliyində yerləşən “Pir Xəlil Baba”  piri türbəsinin kitabəsində yazılmışdır. “Bəkdaşiyyə” , “Baba Sammit dərvişləri”cəmiyyətləri ilə əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır”  duasında deyilir: “ Ya Mədəd Əli ! Bizim məshəbimizdə haqq sözü  Əlini  çağırmaqdır. Möcüzələr  yaradan Əlini çağır! Sən onda bəlalardan xilaskarını  taparsan.

Ya Məhəmməd! Sənin peyğənbərliyin və ya Əli ! Ya Əli! Ya Əli, sənin vəliliyinin köməyi ilə bütün qüssə və kədərlər keçib gedər,” Pir Xəlil babada “Bektaşiyyə” və yaxud “ Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvüimiş. Bu cəmiyyət  sufi təşkilatı idi. “ Bektaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər. Məşədixanım Nemət  adı çəkilən  kitabında göstərir  ki, “ Səfəvilər özlərinə düşmən olan sünni təriqətli qonşu  ərazilərdə – Türkiyədə, Şirvanda və digər ərazilərdə Sufi təşkilatları yaradırdılar. Bunlardan uzun

müddət fəaliyyət göstərən “ Bektaşiyyə” və onun qolu olan “ Baba Sammit dərvişləri “ cəmiyyətlərini göstərmək olar. Pir Xəlil baba da  bu cəmiyyətlərin ən tanınmış münayəndələrindən  biri idi ki, Şirvan torpağında fəaliyyət göstərmiş və vəfat etdikdən sonra da  pirə çevrilmişdir.

Spread the love