Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 saylı Sərəncamına əsasən, “Çıraqqala” tarixi abidə kompleksi tarixi qoruq elan edilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 sentyabr 2003-cü il tarixli 1343 saylı Sərəncamına əsasən,“Şabran şəhəri”tarix-mədəniyyət abidəsi tarixi qoruq elan edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli 1498 saylı Sərəncamına əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.