Təhlükəsizlik və qaydalar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu

Qoruqda təhlükəsizlik və davranış qaydaları.

 

Qoruq ərazisində aşağıdakı ümumi qaydalara əməl edilməlidir:

1.Ekskursiya marşrutunda futbol,valeybol, basketbol və s. İdman oyunları oynamaq qadağandır!

2. Ekskursiya marşrutuna qida məhsullarının aparılması qadağandır!

3. Ekskursiya marşrutuna velosiped, motosiklet, at və digər minik vasitələri ilə daxil olmaq qadağandır!

4.Qədim divarların üstünə çıxmaq qadağandır!

5.Qədim divarların üzərini cızmaq və yazmaq qadağandır!

6.Qoruq ərazisində siqaret çəkmək qadağandır!

7.Qoruq ərazisində avtomobillə yüksək sürətlə hərəkət etmək qadağandır!

8.Qoruq ərazisində sakitliyə riayət etmək (qışqırmaq, səs gücləndirici vasitələrdən istifadə) qadağandır!

9. Qoruq ərazisində samovar və manqaldan istifadə etmək, ocaq qalamaq qadağandır!

10.Valideyn və müəllimlərin nəzərinə! Az yaşlı uşaqları nəzarətsiz buraxmaq qadağandır!

11. Qoruq ərazisində ovçuluq etmək qadağandır!

12. Qoruq ərazisinə iri və xırda buynuzlu mal-qara girişi qadağandır!

13. Qoruq ərazisinə icazəsiz yük maşınlarının girişi qadağandır!

14.Qoruğun nadir flora və faunasını qoruyun! (ağacları kəsmək,sındırmaq, meyvə və budaqlarını qırmaq, gülləri dərmək,heyvan və həşəratlara toxunmaq, onları məhv etmək) qadağandır!

15.Qoruq ərazisində dron vasitəsi ilə və fotoreklam çəkilişləri qadağandır!

16.Xahiş edirik, qoruq ərazisində təmizliyə riayət edəsiniz!

Əks halda Azərbaycan Respublikası Cinayət məcəlləsinə əsasən müvafiq tədbirlər görüləcəkdir!

Spread the love