







12 aprel 2022-ci il tarixində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Aparıcı elmi işçisi Bəbirova Vüsalə, ekskursiyaçısı Əliyeva Aysel və elmi işçisi Ağaverdiyev Pərviz “18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşərək Slide show vasitəsilə Qoruğun 7 abidəsi haqqında haqqında məlumat çatdırıblar. Əməkdaşlarımız çıxış edərək vurğulamışdır ki, YUNESKO-nun qərarı ilə 1983-cü ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir. Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.Sonda şagirdlərə Şabranın 7 abidəsindən bəhs edən bukletlər şagirdlərə hədiyyə ediblər.