Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Tarix-Mədəniyyət qoruqlarının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağıDecember 26, 2022

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Rüfət Nuriyev və elmi işçisi Ağaverdiyev Pərviz Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Tarix-Mədəniyyət qoruqlarının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında iştirak etdilər.

İlk öncə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov tədbiri açıq elaneə etmiş, Tarix-Mədəniyyət qoruqlarının birgə iştirakı ilə illik iş planına uyğun olaraq qoruqların fəaliyyətinə dair keçirilən tədbirlərin daha məqsədəuyğun olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu kimi tədbirlərin keçirilməsi qoruqlarda olan çatışmazlıqlar və problemlərin həlli yoluna aydınlıq gətirəcəkdir.

Mədəniyyət Naziriliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli çıxış edərək tədbir iştirakçılarını salamlamış, 2022-ci il ərzində qoruqların, eləcə də Dövlət Xidməti və qoruqların birgə həyata keçirdiyi bir sıra tədbirlərdən söz açmışdır.

Proqrama əsasən hesabat yığıncağında “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktorı Rüfət Nuriyev öz növbəsində 2022-ci ilə dair hesabat çıxşını etmişdir.

Sonda çıxış edən Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Ruslan Ənvərli qoruq direktorlarının çıxışlarına əsasən qeydlərini bildirmiş və qarşılıqlı müzakirələr aparılmışdır.

Tədbirin sonunda iştirakçılar üçün çay süfrəsi təşkil olunmuş, Qəbələ Arxeoloji Mərkəzin qarşısında xatirə fotoşəkilləri çəkilmişdir.

 

Spread the love