“Çıraqqala” Tarixi Qoruğunun ekskursiyaçısı A.Meylaverdiyeva və elmi işçisi V.Bəbirovanın qoruğun iş otağında Sincanboyad kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdləri ilə diskusiyası.December 27, 2017

27.12.2017-ci il tarixində Şabran rayonu Sincanboyad kənd ümumi orta məktəbinin VII sinif şagirdləri və tarix müəllimi Mürvət Əliyev Çıraqqala qoruöunun iş otağında təşkil etdiyimiz kiçik müzeyimizdə oldular. Onlar əməkdaşlarımız tərəfindən qazıntılar zamanı və qala ətrafı kənd sakinləri ilə görüşlərdən əldə edilmiş eksponatlarla tanış oldular.

Bir ekskursiyaçı kimi ilk olaraq şagirdləri Çıraqala haqqında daha ətraflı məlumatlandırdım. Sonra onlara Azərbaycanın tarixi qalalarını xəritə üzərində göstərməklə onl ar haqqında məlumat verdim. Uşaqlarla maraqlı diskusiya təşkil etdim. Apardığım sual -cavabda şagirdlər fəal iştirak etdilər. Tariximiz və ölkəmizin memarlıq inciləri haqqında verdiyim suallara şagirdlər daha dolğun və dürüst cavab verdilər. Şagirdlərin sualları tərəfimizdən və müəllim MşƏliyev tərəfindən ətraflı da tam ətraflı cavabladı.

Şagirdləri kiçik müzey otaöımızda topladığımız eksponatlarla tanış etmıklıə yanaşı onlar haqqında da məlumat çatdırdiq. Bundab başqa Çıraqqala barədə videoçarx da görüş zamanı şagirdlər qarşısında nümayiş etdirildi .Şagirdlərə məlumat verdik ki şıraqqala haqqında ətraflı məlumatı veb saytımız vasitəsi ilə də əldə edə bilərsiniz.

Bu diskusiya -görüş bizi bir anlıq ölkəmizin tarixi yerlərinə,möhtə.əm abidələrinə,qoruq və müzeylərinə virtual səyahətə apardı.

 





Spread the love