MƏKTƏBLİLƏRİN ƏL İŞLƏRİ.December 7, 2016

Xalqın tarixi onun keçmişidir,keçmişini bilməyən gələcəyini qura bilməz. Keçmişi yaşadan da qədim qalalardır ki, bunların da sayı hesabı yoxdur.Bu qalaları yaşatmaq xalqın keçmişini yaşatmaq deməkdir.Bunun üçün təbliğat əsas vasitədir.Biz Çıraqqala qoruğunun əməkdaşları da 2012-ci ildən etibarən bu təbliğata start vermişik.Beləki hər il rayon məktəbləri arasında rəsm və inşa yazı müsabiqəsi keçiririk. Müsabiqədə məktəblilər olduqca fəal iştirak edirlər. Bu da bizdə böyük fərəh hissi oyadır.Müsabiqə aşağıdakı mövzular üzrə keçirilmişdir. “Çıraqqala tarixin qaynaqlarında” , “Şabran abidələr diyarıdır”, “Tarixi abidələr bizə nəyi öyrədir” , “Daş yaddaşı, qan yaddaşı” , “Azərbaycanın müdafiə qalaları” ,”Hər daşın altında bir tarix yatır” və s.Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılır.










Spread the love