10 may 2022-ci il tarixində «Çıraqqala-Şabran» Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş «Əfsanələr diyarı Şabranımız» adlı festival təşkil edildi. Festivalda Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov başda olmaqla digər İdarə və təşkilatların rəhbərləri, əməkdaşları həmçinin məktəb rəhbərləri, müəllim və şagirdlər iştirak edirdilər. Festival Azərbaycan televiziyasının bir çox kanalları tərəfindən lentə alınmışdır.(ARB TV, İnter.az TV və Real TV, Dunya TV) kimi yerli kanalların adını çəkmək olar.Keçirilən festivalın əsas məqsədi məktəblilərdə Abidələrimizə qarşı təfəkkür və düşüncə tərzini formalaşdırmaq, tariximiz haqqında ətraflı məlumata sahib olmaqdan ibarətdir.