07.06.2017-ci il tarixində “Çıraqqala” Tarixi Qoruğunun elmi işçiləri Vüsalə Bəbirova, İlkin Hətəmov və baş fond müfafizi Əfruz Fərzəliyeva Vələsli kənd ümumi orta məktəbində tarix və coğrafiya müəllimləri ilə birlikdə “Tarixdən gələn səslər” mövzusunda dəyirmi masa təşkil etdik…
Görüşün ikinci hissəsində Vələsli kənd ümumi orta məktəbinin şagirdləri qarşısında “Şabranın tarixi abidələri” haqqında məruzə ilə çıxış etdik və şagirdləri maraqlandıran sualları cavablandırdıq…

