30 noyabr tarixində elmi işçi Vüsalə Bəbirova rayonun Uşaq Yaradıcılıq Mərkəzində məktəb şagirdləri ilə görüş keçirib.Görüşün əsas məqsədi ulu tariximizi yaşadan “Çıraqqala” Tarixi Qoruğu haqqında uşaqlara məlumat verməkdi. Uşaqlarla təmasda olduğu vaxtda Vüsalə xanım onları tariximizi, keçmişimizi yaşadan bütün tarixi abidələr haqqında xüsusi ilədə Çıraqqala haqqında məlumatlandırdı.

